Wednesday, September 5, 2012

Bakı kəndinin əhvalatları

Bakıda olduğum bu müddətdə çox şoka düşdüm, çox təəccübləndim, çox əsəbləşdim. Ama ən pik an Ankaraya gəlməyimdən bir gün qabaq Caspian plaza- Psixologiya bölümündə `YOQA terapiya` sanıb, getdiyim tədbir oldu. Özü də rahat paltar geymişdik, axı yoqa hərəkətləri dənəyəcəkdik. Tək deyildim, Ankarada 1 ildir ki magistratura oxuyan rəfiqəmlə idik. 1 il ərzində demək ki o da unudub Azərbaycandakı bu tip seminar və ya tədbirlərinin nə səviyyədə olduğunu. Yaxşı deyirlər -к хорошему быстро привыкаешь! Nəysə, tam bir lətifədir ona görə də istədim paylaşım.

`Yoqa terapiya` başlığı altında facebookda diqqətimizi cəlb edən bu tədbir nəinki müvzudan kənar oldu,  məyərsə heç planda yox imiş. `Gecikdik` təlaşı ilə getdiyimiz seminarın qapıları bağlı idi. Səbəb? yoxsa bəhanə? -Axı bazar günüdür,insanlar dincəlir.
Gülməlidi, görəsən onlarlar heç utanmırlar? Böyük böyük event yaradırlar, və nəinki vaxtından qabaq heç 15 dəq gec də yox, düz yarım saat sonra açırlar qapılarını. Nəyə güvənərək, öz savadlarına ki gec olsun güc olsun, yoxsa insanların onsuz da səslərinin çıxarmayacağına?! Əmin olun ki, birinci variant üçün heç bir şans yoxdur.
TƏƏCCÜBLƏNDİM. Çünki şəxsən mən 5 nəfərin içində prezentasiya etdiyimdə belə ən az 15 dəqiqə əvvəl gəlirəm sinfə, ən azından sinfin aurasına adaptasiya olmaq üçün. Çünki mənim 20 dəqiqəlik prezentasiyam mənim tədbirimdi, mən onun necə keçəcəyindən məsuliyyət daşıyıram. Daşımıramsa da, daşımalıyam, yoxsa nə işım var ki universitetdə, kimi aldadıram..?!
Dəhşətli bir görüntü idi. Adam bilmirdi, `Yoq` kimi özünü qələmə verən o kişiyə baxsın ya da seminara gələn müxtəlif yaşlı və görkəmli insanlara.
Bilirsiz, Bakıda hər şey mümkündür. Hər an möcüzə baş verə bilər, gec zənn etdiyiniz yerə birdən birə hamıdan tez gəldiyiniz məlum ola bilər, özünə `yoq` deyən insan isə hər şey ola bilər- Psixyatr, falçı, idman məllimi.
İnsanlar mənasız düşüncələrini yüksək səslə bildirməkdən zövq alırdılar orda. Mən isə sabah bu ölkədən gedecəyəmi fikirləşirdim. Elə bilməyin ki, hər şeydə neqativ axtaran insanam, yox!  oysa ki elə həmin günün səhəri Bakıdan getməyimə görə çox üzülmüşdüm. Seminar(?) təkan oldu nəyin necə olduğunu başa düşməyimə.
Gələn insanların içində, manikur-pedikurçu, psixoloq-şirniyyat ustası-falçı (eyni insan), aşbaz, jurnalist(dediyinə görə), məktəbli çift, 600 sehifəlik kitab yazan ama din və tibb-dən ümumiyyətlə anlayışı olmayan insan... -insanlar var idi.
1 saat yarım ərzində isə edilən söhbətlər o qədər mənasız idilər ki, onları istəsəm də yadımda saxlaya bilmədim. Cin və şeytanların, `niyə evlənmirsiz ki, yaşıvız keçir axı` kimi şeylər yəni, qisacasi. Parixmaxerde olduğu kimi.
Biz ama səbirliydik, bunun qurtaracağını və nəhayət nəsə az da olsa maraqli bir şey baş verəcəyinə inanırdıq. Ama bir an gəldi ki, dözə bilmədim. Dedim ki biz gedirik bura bunlara qulaq asmaq üçün gəlməmişik.
Ama bilirsiz, o insanlar saatlarca o vəziyyətdə otura bələrdilər təbii ki. Nə tələsəcək yerləri var, nə də maraq dairələri. Ürəklərini boşaltmaq üçün yer axtarırlar və üzlərini tuturlar bu cür yerlərə!
Ən acınacaqlısı bilirsiz nədi? Azərbaycanda rus və azərbaycanca kimi böyük dil problemi var. Bunu görüb pis olmaya bilmirəm. Bu tip seminarları apara biləcək səviyyədə mütəxxəssislərimiz yoxdu. Varsa da, azərbaycanca danışmırlar və rusca keçirirlər tədbirlərini.  Əla, super! "Yaxşı ki heç olmasa onlar var" deye bilərik. Ama unutmayaq ki,biz axı Azərbaycanda yaşayırıq. Rusca ok! Ama hara qədər? Utancverici... Sonra deyirik ölkəmiz inkişaf edir. Mən deyərdim geriləyir. Ama heyf ki bunu insanlar görmürlər, bəlkə de görmək istəmirlər. Bir sözle, üstü bəzək, altı təzək! :)
So, enjoy this shitty beauty, guys!

No comments:

Post a Comment