Monday, August 27, 2012

Bakı.. Doğuldum yer? Evim? Yoxsa sadəcə Azərbaycanın paytaxtıdır Bakı?

4 ildir ki Bakıdan uzaqda yaşayıram. Ama tətilləri, xüsusilə yay tətillərini Bakıda keçirirəm. Düşündüyümdə görürəm ki məni Bakı ilə çox şey bağlayır. Ama bu bağlatı yəqin elə şəffafdır ki, onu nə görürəm nə də hiss edirəm.
Bugün digərlərindən fərqli oldu. Həmişə olduğundan fərqli olaraq bugünü evdə keçirdim. Düşündüm biraz.. 2 aydır ki Bakıdayam, və bugün hər gün qarşılaşdığım şeyləri analiz eləməyə başladım. Azərbaycan, Bakı ilə əlaqəli  fikirlərimi yazmaq üçün kifayət qədər vaxtım oldu.

Əlbəttə Bakı haqqında demək istədiklərim sadəcə bu dyeil, bu onların cuzi bir hissəsidir. Davamı gələcək bir mövzuda müəyyən fikirlərimi paylaşmaq istədim..

Maraqlıdı,
Görəsən niyə insanlar

öz problemlerindən çox başqalarının problemlərini fikirləşirlər?

Niyə bir çox mövzularda fikirlərini standart, beyinlərini yormadan sıradan stereotiplərə bağlayırlar?

Niyə qızlara görməmiş kimi, hamilə qadınlara isə "hörmətlə" yanaşırlar?

Niyə insanlar 55 yaşına girəndən sonra qocalıqdan acizliklə bəhs edirlər? Bu onları müqəddəsləşdirir ki, görəsən?

Niyə cavanlar blackberry və bbm-ləri ilə öyünürlər? Dəb? ya yeni tanışlıq metodu?

Niyə tələbələr Universiteti bitirəndə sevinirlər? Rüşvətdən canları qurtardığına görə yoxsa... işə düzəlmək üçün tanışları olduğundan minimum məbləğ ödəyəcəklərinə görə?

Niyə ortalama maaş 400-500, küçədə şütüyən maşınların ortalama qiyməti isə 50.000-dir?
O insanlar ya yemək yemirlər, ya da başqalarının maaşlarını da depolayırlar ciblərinə.

Niyə avtobus rəisləri 10larla insanın (yaşlı, uşaq, inkişafda olan gənc) yanında söyüşlü danışırlar? Kim onlara verir bu haqqı?
Qarşı çıxan isə nədən çox vaxt azlıq təşkil edir..?

Niyə avtobus basbaslarında insanlar sürücünü yox, bir birlərini acılayırlar? Niyə hamı qorxur, niyə hamı susur ki?
`Basabas`larda istəmədən birinin ayağını basdalayanda, üzr istəməyə macal tapmadan niyə turşumuş üzlər və acı sözlər eşidir ki insan?

Və nəhayət, məni ən çox maraqlandıran...


Niyə bu qədər az gülür insanlarımız? Niyə eybəcərləşir cəmiyyətimiz, gənclərimiz?
Boşluqdan? Savadsızlıqdan? Mədəniyyətsizləkdən?
Bəlkə də bu cür insanların sayının artdığına görə ÖZÜNÜMÜDAFİƏETMƏ reaksiyasının təcəssümüdür bu çirkin, bezgin, yorğun üzlər!

Təbəssüm təkcə`facebook` şəkilləri üçün nəzərdə tutulmayıb. Mağazada bir şey alarkən, evə daxil olarkən, yolda tanımadığın insana müraciət edərkən., Təbəssümünüzü əsirgəməyin. Unutmayaq ki, təbəssüm bizim sağlam ruhumuzun göstəricisidir. Paylaşdıqca çoxalır təbəssüm.
Çoxaldıqca müsbət enerji yayır ətrafa. Xoş əhval ruhiyə isə xoşbəxtliyə bir addım daha yaxın edir insanı...

Xoşbəxt olmağı da niyə istəməsin insan?! :)











 Sən fərqli ol.. Gülümsə! ;)


No comments:

Post a Comment